Tokio olimpiadasında koronavirus təhlükəsi IOC İcraiyyə Komitəsinin gündəmində

Tokio olimpiadasında koronavirus təhlükəsi IOC İcraiyyə Komitəsinin gündəmində Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçiriləcək.
Fərdi
3 Mart , 2020 09:22
Tokio olimpiadasında koronavirus təhlükəsi IOC İcraiyyə Komitəsinin gündəmində
ABCnews

Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçiriləcək.

"Report"un məlumatına görə, toplantı IOC-un İsveçrənin Lozanna şəhərindəki qərargahında olacaq. İki gün davam edəcək yığıncaqda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqlar müzakirə olunacaq.

İcraiyyə Komitəsi koronavirusun dünyada yayılması kontekstində belə bir kütləvi tədbirin keçirilməsi ilə bağlı riskləri təhlil edəcək.

İclasın proqramında Pekin-2022 Qış Olimpiya Oyunları, Paris-2024 Yay Olimpiya Oyunları və Milan Kortina-dAmpetso-2026 Qış Olimpiya Oyunları ilə bağlı müzakirələr də yer alıb.

İK Tokio-2020-də boks yarışlarına hazırlıqla bağlı hesabatı da dinləyəcək.

Qeyd edək ki, Yaponiya paytaxtında XXXII Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi