Bakı. 10 may. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarında idmançılardan 6000-dən çox dopinq-test götürüləcək. "Report"un Braziliya Antidopinq Agentliyinə istinadən verdiyi məlumata görə, dopinq-testlərin 5000-i olimpiyaçıları, 1200-ü paralimpiyaçıları əhatə edəcək.
Ölkə rəhbərliyi Oyunlar zamanı Antidopinq Agentliyinin fəaliyyətinə 10 milyon avro ayıracaq.
Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. Bu, Cənubi Amerikada təşkil olunan ilk olimpiada olacaq. Yay Paralimpiya Oyunları isə 7 - 18 sentyabrda təşkil ediləcək.