Olimpiada zamanı ölən məşqçi dörd nəfər üçün orqan donoru olub

Olimpiada zamanı ölən məşqçi dörd nəfər üçün orqan donoru olub Ştafan Hentse ürək, qaraciyər və iki böyrək donoru olub
Fərdi
127
18 Avqust , 2016 11:04
Olimpiada zamanı ölən məşqçi dörd nəfər üçün orqan donoru olub

Bakı. 18 avqust. REPORT.AZ/ Rio-2016 Olimpiya Oyunları zamanı həlak olan avarçəkmə üzrə Almaniya Olimpiya komandasının məşqçisi Ştefan Hentse dörd nəfər üçün orqan donoru olub.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, o, ürək, qaraciyər və iki böyrək donoru olub. Məşqçinin orqanları uğurlu şəkildə digər dörd nəfərə köçürülüb.

Xatırladaq ki, almaniyalı mütəxəssis Rioda ağır yol qəzasına düşüb. Həkimlər ağır kəllə-beyin travması alan Ş.Hentsenin həyatını xilas edə bilməyib.

Son xəbərlər

Orphus sistemi