Nurməhəmmədovun vəziyyəti yenidən pisləşdi

Nurməhəmmədovun vəziyyəti yenidən pisləşdi Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun vəziyyəti yenidən pisləşib.
Fərdi
463
19 May , 2020 17:17
Nurməhəmmədovun vəziyyəti yenidən pisləşdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun vəziyyəti yenidən pisləşib. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, həkimlər bir müddət öncə xəstəxanaya yerləşdirilmiş A.Nurməhəmmədovu ECMO aparatına (Extracorporeal membrane oxygenation) bağlamalı olublar. O, bir neçə gün əvvəl özünü daha yaxş hiss etsə də, yenidən komaya düşüb. 

Qeyd edək ki, daha əvvəl Abdulmanap Nurməhəmmədovun koronavirusa yoluxduğu bəlli olub. 

Orphus sistemi