Nüfuzlu qolf turniri koronavirusa görə təxirə salındı

Nüfuzlu qolf turniri koronavirusa görə təxirə salındı Qolf üzrə Böyük Britaniya Açıq Çempionatının vaxtı koronavirus pandemiyasına görə dəyişdirilib.
Fərdi
6 Aprel , 2020 20:28
Nüfuzlu qolf turniri koronavirusa görə təxirə salındı

Qolf üzrə Böyük Britaniya Açıq Çempionatının vaxtı koronavirus pandemiyasına görə dəyişdirilib.

"Report"un məlumatına görə, bu barədə turnirin Mətbuat Xidməti məlumat yayıb. 

Yarışın 2021-ci ilə təxirə salındığı bildirilib.

12-19 aprel tarixlərində İngiltərənin cənub-şərqində yerləşən Sanuidce şəhərində təşkil olunması nəzərdə tutulan çempionat gələn il iyulun 11-də start götürəcək və həmin ayın 18-dək davam edəcək.

2021-ci ildəki Açıq Çempionat isə müvafiq olaraq 2022-ci ilin iyul ayına keçirlib.

Qeyd edək ki, 1860-cı ildən təşkil olunan turnirin vaxtı II Dünya müharibəsindən (1941-1945) sonra ilk dəfə dəyişdirilib. Açıq Çempionatın ən titullu qolfçusu aktivində 6 qələbə olan Harri Vardondur.

Son xəbərlər

Orphus sistemi