Böyük Dəbilqə seriyalı ilk tennis turnirində finalçılar müəyyənləşib

Böyük Dəbilqə seriyalı ilk tennis turnirində finalçılar müəyyənləşib Bakı. 25 yanvar. REPORT.AZ/ Tennis üzrə Böyük Dəbilqə seriyasından Australian Open turnirində finalçılar müəyyənləşib.
Fərdi
25 Yanvar , 2019 15:34
Böyük Dəbilqə seriyalı ilk tennis turnirində finalçılar müəyyənləşib

Bakı. 25 yanvar. REPORT.AZ/ Tennis üzrə Böyük Dəbilqə seriyasından "Australian Open" turnirində finalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, kişilərin yarışında həlledici görüşdə dünyanın bir nömrəli tennisçisi, serbiyalı Novak Cokoviçlə ikinci sıradakı ispaniyalı Rafael Nadal qarşılaşacaq. Cokoviç yarımfinalda fransalı Lüka Puyu məğlub edib - 6:0, 6:2, 6:2. Nadal isə yunanıstanlı Stefanos Tsitsipasdan üstün olub - 6:2, 6:4, 6:0. Kişilər arasında final görüşü yanvarın 27-də Bakı vaxtı ilə 12:30-da start götürəcək. 

Daha əvvəl qadınların mübarizəsində finalda yaponiyalı Naomi Osaka ilə çexiyalı Petra Kvitovanın üz-üzə gələcəyi məlum olub. Həmin oyun yanvarın 26-da Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi