Cokoviç ABŞ-dakı tennis turnirlərinə də buraxılmayıb

Cokoviç ABŞ-dakı tennis turnirlərinə də buraxılmayıb Serbiyalı tennisçi Novak Cokoviç ABŞ-ın İndian-Uells və Mayami şəhərlərindəki ATP turnirlərində iştirak etməyəcək.
Fərdi
10 Mart , 2022 11:36
Cokoviç ABŞ-dakı tennis turnirlərinə də buraxılmayıb

Serbiyalı tennisçi Novak Cokoviç ABŞ-ın İndian-Uells və Mayami şəhərlərindəki ATP (Peşəkar Tennisçilər Assosiasiyası) turnirlərində iştirak etməyəcək.

"Report"un məlumatına görə, buna 35 yaşlı idmançının ABŞ-a giriş icazəsi ala bilməməsi səbəb olub.

Dünyanın iki nömrəli raketka ustası iştirakçılar siyahısında yer almasına baxmayaraq, yarışdan kənarda qaldığını bildirib. Cokoviçin sözlərinə görə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölkədə qaydaların dəyişmədiyini açıqladıqdan sonra okeanın o tayında çıxışı mümkünsüz olub. O, yarış iştirakçılarına uğurlar arzulayıb.

Bu gün start götürən İndian-Uells turniri martın 21-dək davam edəcək və dərhal başlanacaq Mayamidəki yarış isə aprelin 3-də yekunlaşacaq.

Qeyd edək ki, Novak Çokoviç daha əvvəl "Australian Open"də də iştirak edə bilməyib. Tennisçi turnirə qatılmaq üçün Avstraliyaya getsə də, yanvarın 5-də vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənddən imtinası səbəb olub.

Son xəbərlər

Orphus sistemi