"Rio-2016"ya lisenziya xarakterli turnirə iranlı legionerin aparılma səbəbi açıqlanıb

"Rio-2016"ya lisenziya xarakterli turnirə iranlı legionerin aparılma səbəbi açıqlanıb Niyaməddin Paşayev: "Kənardan başqa cür görünə bilər, amma biz işin içindəyik"
Fərdi
7 Yanvar , 2016 11:48
Rio-2016ya lisenziya xarakterli turnirə iranlı legionerin aparılma səbəbi açıqlanıb

Bakı. 7 yanvar. REPORT.AZ/ "İnanıram ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində uğurlu çıxış edəcəyik. Düzdür, idmanda dəqiq proqnoz vermək çətindir, amma biz öz idmançılarımıza güvənirik". Bunu "Report"a açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev deyib.

Dünya çempionu Türkiyənin İstanbul şəhərində keçiriləcək yarışa kişilərin mübarizəsində 68 kq çəki dərəcəsində "Bakı 2015" I Avropa Oyunlarının qalibi Ayxan Tağızadə olduğu halda, 80 kq çəkidə iranlı legioner Milad Beigi Harçeqaniyə şans vermələrinin səbəbini açıqlayıb: "80 kq-da Ramin Əzizov da döyüşürdü. Lakin o zədələndi və müalicə olundu. Təxminən 2 ay əvvəl yenidən eyni yerdən zədə aldı. Bu səbəbdən, Raminin iştirakı mümkün olmadı. Tağızadənin aparılmaması səbəbinə gəlincə, kənardan başqa cür görünə bilər. Ancaq biz işin içindəyik. Hər şeyi analiz edirik: Kimlər iştirak edə bilər, kimlər lisenziya qazana bilər, hansı idmançılar Braziliyada uğurla çıxış edə bilər. Yəni, bunlar bir nəfərin yox, federasiyanın qərarıdır".

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat turniri yanvarın 16-da start götürəcək. İki gün davam edəcək yarışda baş məşqçi Reza Mehmandustun rəhbərliyi altında Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Milad Beigi Harçeqani (80 kq) çıxış edəcək. Səfər yanvarın 12-də baş tutacaq. Reqlamentə əsasən, hər ölkəyə 2-si qadın, 2-si kişi olmaqla, maksimum 4 çəki dərəcəsində lisenziya şansı verilir. Hələlik Azərbaycan taekvondonçularından biri - Radik İsayev (+80 kq) yığdığı reytinq xalları sayəsində "Rio-2016"ya vəsiqə əldə edib. Olimpiadaya lisenziya qazanmaq üçün hər çəkidə finala vəsiqə qazanmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi