Nəzakət Əzizova Antalyada bürünc medal qazanıb

Nəzakət Əzizova Antalyada bürünc medal qazanıb Azərbaycan milli komandasının iştirak etdiyi yarışın ilk günündə 7 cüdoçumuz tatami üzərinə çıxıb
Fərdi
7 Aprel , 2017 19:57
Nəzakət Əzizova Antalyada bürünc medal qazanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının da iştirak etdiyi yarışın ilk günündə 7 cüdoçumuz tatami üzərinə çıxıb.

Qadın təmsilçilərimizdən 52 kq çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova qardaş ölkədə bürünc medal qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı isə 5-ci olub.

Otuz dörd ölkədən 252 idmançının (155 oğlan, 97 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunur.

Xatırladaq ki, Antalya Qran-prisinə aprelin 9-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi