Neymar Messinin “PSJ”yə keçməsini istəyir

Neymar Messinin “PSJ”yə keçməsini istəyir Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar İspaniya "Barselona"sının kapitanı Lionel Messi ilə əlaqə yaradıb
Fərdi
16 Fevral , 2021 02:34
Neymar Messinin “PSJ”yə keçməsini istəyir
Lionel Messi və Neymar

Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar İspaniya "Barselona"sının kapitanı Lionel Messi ilə əlaqə yaradıb.

“Report”un məlumatına görə, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Mənbə bildirir ki, söhbət zamanı braziliyalı futbolçu Messiyə Fransa paytaxtındakı həyatın müsbət tərəflərindən, klubun və komandanın üstünlüklərindən danışıb.

Qeyd olunur ki, Neymar argentinalı futbolçunu PSJ-yə keçməyə razı salacağına ümid edir.

Son xəbərlər

Orphus sistemi