“Neftçi” İdman Klubu Azərbaycanda paralimpiya hərəkatına dəstək olan təşkilatlar sırasında daim ön cərgədədir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Teymur Hacıyev deyib.
Onun sözlərinə görə, 14-15 mayda Bakıda para-cüdo üzrə Beynəlxalq Qran-prinin keçirilməsində əsas təşkilati dəstəkçilərdən biri də "Neftçi" İdman Klubudur.
Hacıyev bildirib ki, klub idmançıların müxtəlif təlim-məşq toplanışlarında və beynəlxalq yarışlarda iştirakına daim dəstək verib: "Elə bu yaxınlarda para-cüdo üzrə Azərbaycan yığmasının Gürcüstana təlim-məşq toplantısına yola düşməsini misal olaraq göstərmək olar. Klubun dəstəyi nəticəsində ölkəmizin cüdo idman növü üzrə paralimpiya və olimpiya yığmaları daim inteqrasiya olunmuş şəkildə fəaliyyət göstəriblər".