"Neftçi" daha bir futbolçusunu icarəyə verdi

"Neftçi" daha bir futbolçusunu icarəyə verdi Yarımmüdafiəçi 2023-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq
Fərdi
2 iyun 2021 13:02
Neftçi daha bir futbolçusunu icarəyə verdi

“Neftçi” klubu futbolçusu Turan Vəlizadə ilə müqavilənin müddətini artırıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 20 yaşlı yarımmüdafiəçi 2023-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq.

2020/2021 mövsümünü icarə əsasında “Keşlə”də keçirən Vəlizadə daha 1 il müddətinə bu kluba icarəyə verilib.

Qeyd edək ki, Turan Vəlizadə 2018-2020-ci illər ərzində “Neftçi”nin heyətində 2 rəsmi oyunda meydana çıxıb. Ölkə çempionu daha əvvəl Rəhman Hacıyevi də "Keşlə"yə icarəyə verib.

Son xəbərlər

Orphus sistemi