NBA-da uzun müddətdən sonra rekord qeydə alındı

NBA-da uzun müddətdən sonra rekord qeydə alındı Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Boston"un oyunçusu Ceylen Braun yeni rekorda imza atıb.
Fərdi
25 Yanvar , 2021 09:48
NBA-da uzun müddətdən sonra rekord qeydə alındı
Ceylen Braun

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Boston"un oyunçusu Ceylen Braun yeni rekorda imza atıb.

"Report" yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu bunu "Klivlend"lə matçda gerçəkləşdirib.

Braun 19 dəqiqə ərzində 33 xal toplayıb. Bu, 1954/1955 mövsümündə rəqəmsal vaxt sayğacının tətbiq olunmasından sonra NBA-da 20 dəqiqə ərzindəki ən yaxşı göstəricidir

Qeyd edək ki, qarşılaşma "Boston"un 141:103 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi