​Nazir: "Yay Paralimpiya Oyunlarına 25 lisenziya gözləyirik"

​Nazir: "Yay Paralimpiya Oyunlarına 25 lisenziya gözləyirik" "Hazırda maddi-texniki baza möhkəmlənir"
Fərdi
8 Fevral , 2016 17:50
​Nazir: Yay Paralimpiya Oyunlarına 25 lisenziya gözləyirik

Bakı. 8 fevral. REPORT.AZ/ "2016-cı il Yay Paralimpiya Oyunlarına 25 lisenziya gözləyirik". "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Hələlik Azərbaycan paralimpiyaçılarının 20 lisenziya qazandığını xatırladan A.Rəhimov Milli Paralimpiya Komitəsi tərəfindən idmançılar üçün maddi-texniki bazanın möhkəmləndiyini bildirib: "Fikrimcə, 20 il ərzində Milli Paralimpiya Komitəsi çox böyük və şərəfli yol keçib. Yay Olimpiya Oyunlarında olduğu kimi, Yay Paralimpiya Oyunlarında da medallarımızın sayı artır, ikiqat paralimpiya çempionumuz var. Bu da böyük uğurdur. Bütün bunlar dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib". 

Son xəbərlər

Orphus sistemi