Nazir: "Olimpiya komplekslərinin necə idarə olunması barədə müzakirələr aparırıq"

Nazir: "Olimpiya komplekslərinin necə idarə olunması barədə müzakirələr aparırıq" “Mənim federasiyalara səfərim piar üçün deyil, görüşlərim araşdırma xarakteri daşıyır".
Fərdi
28 Oktyabr , 2021 12:12
Nazir: Olimpiya komplekslərinin necə idarə olunması barədə müzakirələr aparırıq
Fərid Qayıbov

“Federasiyalarda keçirilən görüşlərim araşdırma xarakteri daşıyır".

Bu barədə "Report"a açıqlamasında Gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Onun sözlərinə görə, çətinliklər olsa da, problemləri araşdırmaq lazımdır: “Bundan sonra planlama aparılmalıdır. Prezident tərəfindən tapşırıqlar verilib, üzərində işləyirik"

F.Qayıbov qeyd edib ki, federasiyaların işi araşdırılır və nəticələr barədə məlumat veriləcək.

Nazir qeyd edib ki, olimpiya komplekslərinin fəaliyyəti ilə bağlı tədbirlər görüləcək: “Olimpiya komplekslərinin necə idarə olunması barədə müzakirələr aparırıq”.

Nazir əlavə edib ki, kadr islahatlarının da aparılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi