Nazim Hüseynov və Elnur Məmmədlidən Ordumuza dəstək

Nazim Hüseynov və Elnur Məmmədlidən Ordumuza dəstək Onlar xalqı milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, Ali Baş Komandanın, rəşadətli Ordunun ətrafında sıx birləşməyə səsləyiblər
Fərdi
7 Oktyabr , 2020 15:14
Nazim Hüseynov və Elnur Məmmədlidən Ordumuza dəstək
Nazim Hüseynov və Elnur Məmmədli

Azərbaycanın cüdo üzrə olmpiya çempionları - Nazim HüseynovElnur Məmmədli Azərbaycan Ordusuna dəstək olublar.

"Report"un məlumatına görə, onlar zəfərlərini hərb meydanında da təkrarlamağa hazır olduqlarını bildiriblər.

Hüseynov və Məmmədli xalqı milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, Ali Baş Komandanın, rəşadətli Ordunun ətrafında sıx birləşməyə səsləyiblər.

Qeyd edək ki, Nazim Hüseynov 1992-ci ildə İspaniyanın Barselona şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, Azərbaycanın ilk Olimpiya çempionu kimi tarixə düşüb. Elnur Məmmədli isə 2008-ci ildə Çinin paytaxtı Pekindəki olimpiadada birinci olub. 

Son xəbərlər

Orphus sistemi