NASCAR rallisində 16 maşın qəzaya düşdü

NASCAR rallisində 16 maşın qəzaya düşdü NASCAR rallisinin "Daytona 500" mərhələsi zamanı xoşagəlməz hadisə yaşanıb
Fərdi
15 Fevral , 2021 14:16
NASCAR rallisində 16 maşın qəzaya düşdü

NASCAR rallisinin "Daytona 500" mərhələsi zamanı xoşagəlməz hadisə yaşanıb.

"Report"un məlumatına görə, yarışın gedişində 16 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. İnsident 15-ci dairədə iki maşının oval yolda təması nəticəsində baş verib.

Bu yolda pilotlar avtomobilləri bir-birləri ilə maksimum sürətlə sıx şəkildə idarə edirlər. Maşınlardan birinin dönüşü kütləvi tıxaca səbəb olub. Nəticədə çoxlu sayda sürücü yarışı davam etdirə bilməyib.

Bu isə yarışın dayandırılmasına gətirib çıxarıb. Rallinin nə zaman bərpa olunacağı bilinmir.

Son xəbərlər

Orphus sistemi