Namiq Abdullayev təyinatından danışdı

Namiq Abdullayev təyinatından danışdı "Bu etimada görə rəhbərliyə minnətdaram. Daha əvvəl yeniyetmə və gənclər üzrə yığmalarda çalışmışam. Son vaxtlaradək isə aşağı çəkilərə nəzarət edirdim".
Fərdi
21 Sentyabr , 2020 14:00
Namiq Abdullayev təyinatından danışdı
Namiq Abdullayev

"Bu etimada görə rəhbərliyə minnətdaram. Daha əvvəl yeniyetmə və gənclər üzrə yığmalarda çalışmışam. Son vaxtlaradək isə aşağı çəkilərə nəzarət edirdim". 

"Report"un məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Namiq Abdullayev təyinatı barədə danışarkən deyib. 49 yaşlı mütəxəssis bildirib ki, sərbəst güləşçilər daim nüfuzlu beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər: "Əvvəllər güləşçilərimizə qarşı haqsızlıqlar olurdu. Amma artıq 15 ilə yaxındır ki, belə hallar aradan qalxıb. Bu da Namiq Əliyevin Dünya Güləş Birliyində büro üzvü olmasından irəli gəlir. Ötənilki dünya çempionatında Hacı Əliyevə göstərilmiş qırmızı vərəqənin ləğvi də bunun nəticəsidir".

Abdullayev köməkçilərinin dəyişməsinin mümkünlüyünü istisna etməyib: "Böyük məşqçi Zəlimxan Hüseynov, məşqçi isə Arif Abdullayevdir. Hüseynov hazırda Dağıstandakı güləşçilərlə birgədir. Razılıq əldə etsək, o, komandada qala bilər. Qərarı federasiya rəhbərliyi verəcək".

Son xəbərlər

Orphus sistemi