Nadal 12-ci dəfə "Roland Garros" turnirinin qalibi olub

Nadal 12-ci dəfə "Roland Garros" turnirinin qalibi olub İspaniyalı tennisçi Rafael Nadal Fransa Açıq çempionatında avstriyalı Dominik Timi məğlub edib və mövsümün Böyük dəbilqə seriyalı ikinci turnirinin qalibi olub.
Fərdi
10 İyun , 2019 05:42
Nadal 12-ci dəfə Roland Garros turnirinin qalibi olub

İspaniyalı tennisçi Rafael Nadal Fransa Açıq çempionatında avstriyalı Dominik Timi məğlub edib və mövsümün "Böyük dəbilqə" seriyalı ikinci turnirinin qalibi olub.

"Report" TASS-a istinadən xəbər verir ki, yarış Parisdə torpaq kortlarda keçirilib.

"Roland Garros"un ümumi mükafat fondu 42,66 mln. avro təşkil edib.

Görüş 6:3, 5:7, 6:1, 6:1 hesabları ilə 33 yaşlı ispan idmançının xeyrinə başa çatıb. O, turnirdə üçüncü il ardarda qalib gəlib və titulların sayına görə "Roland Garros"da rekordçudur. Onun hesabında 12 qələbə var, eləcə də, Nadal 2005-ci ildən 2008-ci ilədək, 2010-cu ildən isə 2014-cü ilədək finallarda qalib gəlib. O, bu turniri 12 dəfə qazanmış yeganə tennisçidir.

Son xəbərlər

Orphus sistemi