Murad Dadaşov “Bakı Marafonu 2017”də iştirak edəcək - VİDEO

Murad Dadaşov “Bakı Marafonu 2017”də iştirak edəcək - VİDEO "Mən gəlib qaçacağamsa, siz də mütləq qaçmalısınız”
Fərdi
19 Aprel , 2017 20:45
Murad Dadaşov “Bakı Marafonu 2017”də iştirak edəcək - VİDEO

Bakı. 19 aprel. REPORT.AZ/ “Bakı Marafonu 2017” yarışına hazırlıq çərçivəsində "Bakı Marafonunun İnsanları" layihəsi davam edir.

“Report”un məlumatına görə, “Sport Marketing Group” (SMG) şirkətinin təşkilatçılığı ilə reallaşan rubrikanın növbəti qonağı tanınmış prodüser və əməkdar artist Murad Dadaşov olub.

O bildirib ki, marafonda iştirak etmək minlərlə insanın enerjisini almaq deməkdir. Onun sözlərinə görə, bu, bir fürsətdir: "Gündəlik həyatımız bizi kifayət qədər titrədir. Yaxşı olan və olmayan hadisələr yaşayırıq. Hər nə qədər “birik” desək də, təkik. Marafona gəlmək ona görə vacibdir ki, bir saniyədə minlərlə insanın enerjisni alasınız. İnsan bir anlıq da olsa, gündəmdən çıxmalıdır. Bu, gözəl bir fürsətdir. Özüm də idmanla, cüdo ilə məşğul omuşam. Xarici görkəmimə görə qəribə eşidilsə də, belədir. Mən bilmirəm nə qədər qaçacağam. Yəni, sağ-salamat axıra çıxa biləcəyəmmi? Fakt budur ki, start nöqtəsinə hamımız bərabər çıxacağıq. Bax bu, vacib məsələdir. Düşünün ki, mən gəlib qaçacağamsa, siz də mütləq qaçmalısınız”.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

Son xəbərlər

Orphus sistemi