Müharibəyə qatılan idman ictimaiyyəti nümayəndələrinin sayı məlum oldu

Müharibəyə qatılan idman ictimaiyyəti nümayəndələrinin sayı məlum oldu I və II Qarabağ müharibəsində iştirak etmiş idman ictimaiyyəti nümayəndələrinin sayı bəlli olub
Fərdi
10 Fevral , 2021 12:54
Müharibəyə qatılan idman ictimaiyyəti nümayəndələrinin sayı məlum oldu

I və II Qarabağ müharibəsində iştirak etmiş idman ictimaiyyəti nümayəndələrinin sayı bəlli olub.

"Report"un məlumatına görə, I Qarabağ müharibəsinə idman ictimaiyyətindən 930 nəfər qatılıb. Onlardan 27-si yaralanıb, 48-i şəhid olub. 2 nəfər itkin düşüb, 6 şəxs isə Milli Qəhrəman adı alıb.

II Qarabağ müharibəsinə isə 986 şəxs qatılıb, onlardan 115-i yaralanıb, 319-u isə şəhidlik zirvəsinə ucalıb. 986 nəfərdən 4-ü idman jurnalistidir.

Vətən müharibəsində iştirak etmiş idman jurnalistlərinin biri hərbi əməliyyatlar zamanı yaralanıb. 1 idmançı - Vəliəhəd Vəliyev isə erməni əsirliyindən qaytarılıb.

Son xəbərlər

Orphus sistemi