Mövsümün sonuncu "Formula 1" yarışı başlayır

Mövsümün sonuncu "Formula 1" yarışı başlayır Bu gün "Formula 1" üzrə dünya çempionatında mövsümün sonuncu - Abu Dabi Qran-prisi start götürəcək.
Fərdi
11 Dekabr , 2020 10:46
Mövsümün sonuncu Formula 1 yarışı başlayır
0 : 00
0 : 00

Bu gün "Formula 1" üzrə dünya çempionatında mövsümün sonuncu - Abu-Dabi Qran-prisi start götürəcək.

"Report"un məlumatına görə, yarışın ilk günündə sınaq yürüşləri gerçəkləşəcək. Birinci test yürüşü Bakı vaxtı ilə saat 13:00-da, ikincisi isə 17:00-da başlayacaq.

Yarışın 16 mərhələsindən sonra "Mercedes" pilotu Lüis Hemilton liderdir. Britaniyalı sürücü artıq 7-ci çempionluğunu öncədən təmin edib.

Qeyd edək ki, Abu-Dabi Qran-prisi dekabrın 13-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi