"Formula 1": Avstraliya Qran-prisi ləğv olundu

"Formula 1": Avstraliya Qran-prisi ləğv olundu Formula 1 üzrə Avstraliya Qran-prisi koronavirus pandemiyasına görə qeyri-müəyyən tarixədək təxirə salınıb.
Fərdi
12 Mart , 2020 19:59
Formula 1: Avstraliya Qran-prisi ləğv olundu

"Formula 1" üzrə Avstraliya Qran-prisi koronavirus pandemiyasına görə qeyri-müəyyən tarixədək təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın BBC telekanalı məlumat yayıb.

Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı. 5 -7 iyunda isə Azərbaycan Qran-prisi təşkil olunmalıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 130 238-ə çatıb. Bunların 68 677 nəfəri sağalıb, 4 756 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi