Yuxarı

​Moskvanın Bədən Tərbiyəsi və İdman Departamentinin nümayəndə heyəti Veloparkda olub

Nümayəndə heyətinə idman qurğusu haqqında məlumat verilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda keçirilən Moskva günləri ilə əlaqədar Azərbaycana səfərə gələn Moskvanın Bədən Tərbiyəsi və İdman Departamentinin nümayəndə heyəti Veloparkda olub. "Report"un məlumatına görə, tərkibi 14 idmançı, 2 məşqçi, departamentin rəsmi nümayəndələri, həmçinin Olimpiya çempionları David Musulbes və Vadim Boqievin daxil olduğu nümayəndə heyətinə idman qurğusu haqqında məlumat verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev Bakının 2018-ci ildə BMX üzrə dünya çempionatını qəbul etməsinin mümkünlüyündən danışıb və bu istiqamətdə Beynəlxalq Velosipedçilər İttifaqı ilə danışıqların aparıldığını qeyd edib.

Olimpiya çempionu David Musulbes ölkəmizdə gördüklərindən məmnunluğunu bildirib və Azərbaycanda idmana göstərilən dövlət qayğısı nəticəsində ölkənin dünyada idman ölkəsi kimi tanındığını deyib. Qonaqlar Veloparkın yarışlar və təlim-məşq toplanışlarının keçirilməsi üçün ideal məkan olduğunu da söyləyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi