Moskvadakı karate turniri koronavirusa görə ləğv edildi

Moskvadakı karate turniri koronavirusa görə ləğv edildi Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan Karate-1 Premyer Liqa turniri ləğv edilib.
Fərdi
3146
14 Oktyabr , 2020 19:42
Moskvadakı karate turniri koronavirusa görə ləğv edildi

Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan Karate-1 Premyer Liqa turniri ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə Dünya Karate Federasiya (WKF) yerli hakimiyyət orqanları ilə məsləhətləşmədən sonra qərar çıxarıb.

WKF yarışın koronavirus pandemiyası səbəbindən ləğv olunduğunu və Rusiya tərəfindən sağlamlığa tam zəmanət verilmədiyini bildirib.

Qeyd edək ki, Moskvadakı Premyer Liqa turniri əvvəlcə 2 - 4 oktyabra təyin edilib. Sonradan dekabrda keçirilməsi nəzərdə tutulan yarış rəsmi olaraq ləğv edilib. Rusiyadakı turnirdə azərbaycanlı karateçilərin də iştirakı planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi