Bakı. 30 mart. REPORT.AZ/ Avropa çempionu, Azərbaycan şahmatının ən parlaq nümayəndələrindən biri olmuş Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat üzrə beynəlxalq açıq turnir keçiriləcək.
"Report"un məlumatına görə, turnir aprelin 30-da Moskva Millətlər Evində baş tutacaq.
Şahmat turniri Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Ümumrusiya Azərbaycan Konqresinin təşkilati dəstəyi ilə keçiriləcək.
Turnirdə iştirak etmək üçün ərizələrin qəbulu elektron poçt vasitəsilə həyata keçirilir: [email protected]