Yuxarı
    Bağlamaq

    Moskvada naməlum şəxslər döyüş sambosu üzrə dünya çempionu Rəsul Mirzəyevi travmatik tapancadan yaralayıb

    Zərərçəkən xəstəxanaya çatdırılıb

    Bakı. 31 dekabr. REPORT.AZ/ Moskvanın cənubunda üç nəfər naməlum şəxs Rusiya idmançısı, döyüş sambosu üzrə dünya çempionu Rəsul Mirzəyevi döyərək travmatik tapancadan atəş açıb. “Report” TASS-a istinadən xəbər veri ki, bu barədə şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları məıumat verib.

    Zərərçəkən xəstəxanaya çatdırılıb.

    2011-ci ildə Mirzəyevin idman karyerası idmançının azadlıqdan məhrum edilməsi ilə nəticələnən hadisə ilə bağlı bitib. O, ehtiyatsızlıqdan qətl törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirzəyev Moskva klubunun yaxınlığında münaqişə nəticəsində tələbə İvan Aqafonova zərbə yetirib, və o, bir neçə gün sonra dünyasını dəyişib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi