Monakoda “Formula-1” Qran-Prisinə hazırlıq müzakirə edilib

Monakoda “Formula-1” Qran-Prisinə hazırlıq müzakirə edilib Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Fərdi
1 İyun , 2015 18:42
Monakoda “Formula-1” Qran-Prisinə hazırlıq müzakirə edilib

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Avtomobil Federasiyasının nümayəndə heyəti 2016-cı ildə Bakıda keçiriləcək “Formula-1” Qran-Prisinə hazırlıq çərçivəsində Monako knyazlığına səfər edib. Bu barədə "Report"a federasiyadan məlumat verilib.

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Bakıda keçiriləcək “Formula-1” yarışına aid təşkilati məsələlərin həlli ilə yanaşı, Beynəlxalq Avtomobil Federasiyası ilə bu istiqamətdə işlərin koordinasiyası, həmçinin tarixən keçirilən Monako Qran-Prisi təcrübəsinin öyrənilməsi üzrə danışıqlar aparıb.

Qeyd edilib ki, Monako Qran-Prisi də Bakıda planlaşdırıldığı kimi, şəhəriçi ərazidə keçirildiyindən əsas təşkilati işlərin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Səfər çərçivəsində həmçinin Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod (Jean Todt) ilə də görüş keçirilib. Görüşdə “Formula-1” yarışına hazırlıq, Azərbaycanda avtomobil idmanının inkişafı, yol təhlükəsizliyinin təbliği və digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi