"Formula 1" rəhbərliyi Monako Qran-prisinin ləğv olunduğunu açıqlayacaq

"Formula 1" rəhbərliyi Monako Qran-prisinin ləğv olunduğunu açıqlayacaq Formula 1 üzrə Monako Qran-prisi ləğv olunacaq.
Fərdi
16 Mart , 2020 11:26
Formula 1 rəhbərliyi Monako Qran-prisinin ləğv olunduğunu açıqlayacaq
getty

"Formula 1" üzrə Monako Qran-prisi ləğv olunacaq.

"Report" "Grand Prix 247" nəşrinə istinadən xəbər verir ki, "Formula 1" rəhbərliyi yarışın ləğv olunduğunu rəsmi olaraq elan edəcək.

Monako Qran-prisi mayın 22 - 24-də tutulub. Monakoda 3 nəfər koronavirus pandemiyasına yoluxub, restoranlar, kazinolar, kafelər, teatrlar, kinoteatrlar və gecə klubları bağlanıb.

Qeyd edək ki, daha öncə "Formula 1" rəhbərliyi Avstraliyadakı yarışı koronavirusa görə ləğv edib. Bəhreyn, Vyetnam və Çin Qran-priləri qeyri-müəyyən müddətə təxirə salınıb. 

Monakodakı yarışdan sonra iyunun 5 - 7-də Azərbaycan Qran-prisi təşkil olunmalıdır.

Son xəbərlər

Orphus sistemi