MOK Qış Olimpiya Oyunları ilə bağlı rəsmi təqdimat keçirib

MOK Qış Olimpiya Oyunları ilə bağlı rəsmi təqdimat keçirib Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimatı baş tutub.
Fərdi
18 Yanvar , 2022 17:57
MOK Qış Olimpiya Oyunları ilə bağlı rəsmi təqdimat keçirib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimatı baş tutub.

"Report"un məlumatına görə, "Park İNN" hotelindəki tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Azər Əliyev, Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qo Min, Naqano-1998-də Azərbaycanı təmsil etmiş fristaylçı Elbrus İsakov, olimpiya çempionları və idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Pekin-2022-yə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra isə həm Ç.Hüseynzadə, həm də səfir Qo Min çıxış edərək idmançılar uğurlar arzulayıblar.

Təqdimat mərasimi Azərbaycan milli komandasının rəsmi formasının nümayişi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi