MOK müsabiqəyə başladı

MOK müsabiqəyə başladı Azərbaycan Milli Olimpiya Komitəsi maskot müsabiqəsi elan edib.
Fərdi
7 Sentyabr , 2020 11:42
MOK müsabiqəyə başladı

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) maskot müsabiqəsi elan edib. 

Qurumdan "Report"a verilən məlumata görə, ölkəni tədbirlərdə təmsil edəcək maskot xalqla birlikdə müəyyənləşdiriləcək.

İdeyasına, bacarığına güvənən hər kəs kağızda və ya kompüter proqramlarının köməyi ilə hazırladığı işləri oktyabrın 1-dək mövzuda "Maskot" qeyd etməklə MOK-un e-mail ünvanına ([email protected]) göndərə bilər.

Personaj ideyası seçimində sərhəd yoxdur. Maskot əyləncəli olmaqla yanaşı, olimpiya detallarını özündə birləşdirməlidir. İştirakçılar təkliflərini personajın (ideyanı anlatmaq) qısa tanıtımı ilə bir yerdə göndərməlidirlər.  

Müsabiqənin qalibi MOK-da təşkil olunacaq münsiflər heyətinin rəyi əsasında müəyyənləşəcək. Qalib işin müəllifi xüsusi medalla təltif ediləcək.

Qeyd edək ki, seçilmiş talisman rəsmən MOK-un mülkiyyətinə keçəcək. 

Son xəbərlər

Orphus sistemi