MOK idmançılara psixoloji dəstək təlimlərinə start verdi

MOK idmançılara psixoloji dəstək təlimlərinə start verdi IOC-nin maliyyə dəstəyi ilə həyata keçirilən təlimlərin 2024-cü ilə qədər davam etməsi planlaşdırılır
Fərdi
318
27 Noyabr , 2020 13:22
MOK idmançılara psixoloji dəstək təlimlərinə start verdi

Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinin (IOC) idmançılarla işin gücləndirilməsi, o cümlədən müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində onlara əlavə imkanların yaradılması tövsiyələrini nəzərə alaraq layihələr həyata keçirir.

MOK-un Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, idmançılar üçün 3 istiqamətdə - psixoloji dəstək, İngilis dilində danışıq və İKT sahəsində bacarıqların təkmilləşdirilməsi üzrə kurslara start verilib.

Hər 3 istiqamətdə təlimlərə qatılacaq idmançılar və təlimçilərlə keçirilən görüşdə MOK Marketinq idarəsinin rəhbəri Mehman Kərimov bildirib ki, IOC-nin 2019-cu il aprelin 14-də İsveçrənin Lozanna şəhərində baş tutmuş Atletlər Forumunda üzv ölkələrin olimpiyaçıları üçün əlavə bilik və bacarıqlar verilməsinə imkan yaradan fəaliyyət növlərinin, həmçinin idman qərarlarının qəbulunda idmançıların aktiv iştirakının müəyyənləşdirilməsi gündəliyin əsas mövzusu olub.

2020-ci ilin ilk rübündən başlayan pandemiya qeyd olunanları həm IOC, həm də MOK qarşısında daha aktual və ciddi bir məsələyə çevirib. İlkin mərhələdə 30 idmançı üçün nəzərdə tutulan təlim kursları cari ilin sonunadək davam edəcək. Eksperimental xarakterli təlimlərin qiymətləndirilməsindən sonra növbəti il üçün forma və mövzu ilə bağlı qərar veriləcək. IOC-nin maliyyə dəstəyi ilə həyata keçirilən təlimlərin 2024-cü ilə qədər davam etməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi