MMA idmançısı Moskvada döyüldü

MMA idmançısı Moskvada döyüldü Rusiyalı MMA döyüşçüsü Sergey Xaritonov Moskvada döyülüb.
Fərdi
14 Noyabr , 2020 10:00
MMA idmançısı Moskvada döyüldü
Sergey Xaritonov

Rusiyalı MMA döyüşçüsü Sergey Xaritonov Moskvada döyülüb.

"Report" REN TV-yə istinadən xəbər verir ki, 40 yaşlı idmançı xəstəxanaya yerləşdirilib.

Xaritonov sağ gözündən xəsarət alıb və onun burnu qırılıb. Döyüşçü noyabrın 15-də əməliyyat olunacaq. İdmançıya beyin silkələnməsi diaqnozu da qoyulub.

Polis əməkdaşları hazırda şübhəlini axtarır. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi