Mixail Malkin: "Finalda Avropa çempionu ilə dünya çempionunun mübarizəsi olacaq"

Mixail Malkin: "Finalda Avropa çempionu ilə dünya çempionunun mübarizəsi olacaq" Bakı. 16 fevral. REPORT.AZ/ Daha yaxşı nəticə göstərə bilərdim. Finalda çıxışımı daha da gücləndirəcəm.
Fərdi
16 Fevral , 2019 11:35
Mixail Malkin: Finalda Avropa çempionu ilə dünya çempionunun mübarizəsi olacaq

Bakı. 16 fevral. REPORT.AZ/ "Daha yaxşı nəticə göstərə bilərdim. Finalda çıxışımı daha da gücləndirəcəm".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda start götürən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanan Azərbaycan tamblinqçisi Mixail Malkin deyib.

Avropa çempionu olan gənc idmançı təsnifat mərhələsində 74,9 xalla 2-ci olub. Ən yaxşı göstəriciyə isə rusiyalı Vadim Afanasyev imza atıb - 75,6.

M.Malkin ilk cəhddə bir qədər həyəcanlandığını bildirib: "Sabah baş tutacaq finala hazırlaşacağam. Yerli publika kömək edir, lakin eyni zamanda məsuliyyət də artır, adam biabır olmaq istəmir. Afanasyev dünya çempionudur. Necə deyərlər, finalda Avropa çempionu ilə dünya çempionunun mübarizəsi olacaq".

Qeyd edək ki, fevralın 17-də Milli Gimnastika Arenasında keçiriləcək final mərhələsi saat 12:00-da başlayacaq

Son xəbərlər

Orphus sistemi