Mixael Şumaher 45 kiloqram arıqlayıb

Mixael Şumaher 45 kiloqram arıqlayıb O, bərpa prosesini keçmək üçün 2014-cü iliin sentyabrında Cenevrədəki villasına aparılıb
Fərdi
22 Sentyabr , 2015 20:56
Mixael Şumaher 45 kiloqram arıqlayıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Formula-1" üzrə 7 qat dünya çempionu, almaniyalı Mixael Şumaher 45 kiloqramadək arıqlayıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, onun səhhətində heç bir irəliləyiş yoxdur. Tanınmış idmançı nə danışa, nə də yeriyə bilir.

Həkimi Fransua Payin bildirib ki, Mixael Şumaherin səhhətində ən azı üç ildən sonra irəliləyiş ola bilər.

Qeyd edək ki, o, 2013-cü il dekabrın 29-da Alp dağlarında qəzaya uğrayaraq ağır zədələnib, 6 ay koma vəziyyətində qalıb. M.Şumaher bərpa prosesini keçmək üçün 2014-cü ilin sentyabrında Cenevrədəki villasına aparılıb. 

Son xəbərlər

Orphus sistemi