"Minsk-2019" II Avropa Oyunlarında cüdo yarışları fərdi və qarışıq formatda olacaq

"Minsk-2019" II Avropa Oyunlarında cüdo yarışları fərdi və qarışıq formatda olacaq Bununla əlaqədar EOC-la müqavilə bağlanılıb
Fərdi
17 İyul , 2018 17:38
Minsk-2019 II Avropa Oyunlarında cüdo yarışları fərdi və qarışıq formatda olacaq

Bakı. 17 iyul. REPORT.AZ/ "Minsk-2019" II Yay Olimpiya Oyunlarında cüdo fərdi və qarışıq yarış formatında təmsil olunacaq.

"Report"un məlumatına görə, bu barədə Avropa Cüdo İttifaqının (EJU) prezidenti Sergey Soloveyçik açıqlama verib. O, müvafiq müqaviləni artıq Avropa Olimpiya Komitələri (EOC) ilə imzaladıqlarını bildirib. Soloveyçik yeni qaydalarla qarışıq yarış formatını Rusiyanın Yekaterinburq şəhərində bu gün start götürən Avropa çempionatında sınaqdan çıxaracaqlarını diqqətə çatdırıb: "Cüdo inkişaf edir. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramında cüdonun yeni növü yer alacaq. Yekatinburqdakı Avropa çempionatı bütün iştirakçı komandalar üçün olimpiadaya hazırlıq baxımından çox vacibdir. Azarkeşlər üçün bu, əsl bayram olacaq. Çünki əvvəla, Avropa cüdo məktəbi dünyada ən güclülərdəndir. İkincisi, komanda yarışı həmişə xüsusi maraqlı olması ilə fərqlənib".

Qeyd edək ki, qarışıq komanda yarışlarında yığmaların heyəti 3 kişi (73 kq, 90 kq və 90 kq-dan yuxarı), 3 qadından (57 kq, 70 kq və 70 kq-dan yuxarı) ibarət olur. Beynəlxalq Olimpiya Komitəsi cüdo üzrə qarışıq komanda yarışını Tokio olimpiadasının proqramına 2017-ci ildə daxil edib. Belə formatda ilk yarış 2017-ci ilin avqustunda Çilidə gənclər arasında dünya çempionatına təsadüf edib. Həmin birinciliyin qalibi Rusiya olib.

Son xəbərlər

Orphus sistemi