Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyi bu dəfə Mingəçevirdə baş tutub.
"Report" Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarışların açılış mərasimində çıxış edənlər Şimal - Qərb bölgə çempionatında Qax, Zaqatala, Şəki, Balakən və Mingəçevir şəhərinin 200-dən çox yeniyetmə cüdoçusunun mübarizə apardığını bildiriblər.
Region birinciliyinin iki yaş qrupu üzrə keçirildiyi qeyd olunub. Mingəçevirdən əvvəl Göygöl və Naftalan şəhərlərində də bölgə yarışlarının təşkil edildiyi vurğulanıb. İlk gün U-15 yaş qrupu üzrə kiçik yaşlı yeniyetmə cüdoçular, sonra isə U-18 yaş qrupunun atletləri medallar uğrunda mübarizə aparıblar.
Qaliblərin siyahısı:
U-15
Oğlanlar
30 kq Mövladzadə Nihad
34 kq Dursunov Fərid
38 kq Əliyev İbrahim
42 kq Sadıqov Ramiz
46 kq Səmədov Allahverdi
50 kq Rüstəmov Turan
55 kq Rəşidov Elvin
60 kq Əhmədzadə Orxan
66 kq Vəliyev Vəli
73 kq Qarayev Ramazan
+73 kq Əsirov Toğrul
Qızlar
36 kq İspəndiyarova Rəvanə
44 kq Məsiyeva Əzizə
48 kq İsmayılova Gülay
U-18
Oğlanlar
46 kq Həsənov Faiz
50 kq Novruzov Cəlil
55 kq Rəhimov İslam
60 kq Əmrəliyev Rüstəm
66 kq Soltanov Novruz
73 kq Əliyev Vüsal
81 kq Zamanov İsmayıl
90 kq Mollayev İlham
Qızlar
52 kq Cəbrayılzadə Fatimə
Qaliblərə medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub. Növbəti bölgə birinciliyi Şamaxı şəhərində keçiriləcək.