Mingəçevir, Zaqatala və Qəbələdə cüdo bayramı - VİDEO

Mingəçevir, Zaqatala və Qəbələdə cüdo bayramı - VİDEO Yaxın gələcəkdə ölkənin digər bölgələrində də ACF-nin Təlim-Məşq Mərkəzləri istifadəyə veriləcək
Fərdi
12 May , 2017 13:05
Mingəçevir, Zaqatala və Qəbələdə cüdo bayramı - VİDEO

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri Mərkəzi-Aran və Şimal-Qərb bölgələrinə səfər ediblər.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlcə ACF-nin Mingəçevir Təlim-Məşq Mərkəzinin açılışı olub. Mərasimində federasiya rəsmiləri, şəhər icra hakimiyyətinin məsul işçiləri, olimpiya çempionu Nazim Hüseynov, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Nitq söyləyənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, azərbaycanlı cüdoçuların son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Mingəçevir şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF rəhbərliyinə təşəkkürlərini bildiriblər. Cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Mingəçevir şəhəri və ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Sonra federasiya rəsmiləri Zaqatalada olublar. Burada yeni fəaliyyətə başlayan Təlim-Məşq Mərkəzinin açılışında çıxış edənlər Azərbaycan prezidenti İlham Əliyevin Olimpiya Hərəkatının inkişafındakı xidmətlərinin dəfələrlə beynəlxalq Olimpiya Komitəsi və ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirldiyini xüsusi vurğulayıblar. Dövlət başçısının göstərdiyi diqqət və qayğı nəticəsində idmançıların beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında parlaq qələbələr qazandıqları qeyd edilib. Əldə olunan bu uğurlarda cüdoçularımızın da xüsusi payı olduğu söylənilib. Zaqatala şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər bölgələrdə açılan yeni təlim-məşq mərkəzlərinin Azərbaycan cüdosuna böyük töhvə verəcəklərinə əmin olduqlarını bildiriblər.

Yeniyetmələrə kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb. Zaqatalanın mərkəzində yerləşən cüdo mərkəzində ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr də cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

ACF rəsmilərinin növbəti səfəri Qəbələ rayonuna olub. Burada "Qəbələ" İdman Klubunun cüdoçuları ilə görüş keçirilib. Çıxış edənlər son vaxtlar ACF-nin səmərəli fəaliyyətini xüsusi vurğulayaraq, cüdoçuların dünya arenalarındakı zəfərlərindən danışıblar.

Qəbələ və Şimal-Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən qayğıya görə federasiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qəbələ ilə yanaşı İsmayıllı, Qax, Oğuz və diğər rayonların yeniyetmə cüdoçularına da idman geyimləri hədiyyə olunub.

Qeyd edək ki, yaxın gələcəkdə ölkənin digər bölgələrində də ACF-nin Təlim-Məşq Mərkəzləri istifadəyə veriləcək. 

Son xəbərlər

Orphus sistemi