Millimiz Hindistanla birgə təlim-məşq toplanışı keçir

Millimiz Hindistanla birgə təlim-məşq toplanışı keçir Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri ərəfəsində son təlim-məşq toplanışına başlayıb.
Fərdi
5 Mart , 2020 14:26
Millimiz Hindistanla birgə təlim-məşq toplanışı keçir

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri ərəfəsində son təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, milli son hazırlıq prosesini də Bakıda keçir. 

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında gerçəkləşən toplanış Olimpiya Güləş Mərkəzində təşkil olunub. Öncəki toplanışda əsasən fiziki hazırlığın yüksəldilməsinə diqqət ayrılıbsa, bu dəfə daha çox taktiki-texniki çalışmalara üstünlük veriləcək. Martın 19-dək davam edəcək hazırlıq prosesində Hindistan yığması da iştirak edir. Bu komanda son Asiya çempionatında 1 qızıl, 4 bürünc medal qazanaraq komanda hesabında 2-ci yeri tutub.

Xatırladaq ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turniri çərçivəsində martın 21-22-də yunan-Roma güləşçiləri Tokio-2020-yə lisenziya qazanmağa çalışacaq. Milli 60 kq, 67 kq, 77 kq, 87 kq, 97 kq və 130 kq-da olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi