Yuxarı

​Milli qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr olunmuş güləş birinciliyinə start verilib - FOTO

Açılış mərasimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində keçirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın milli qəhrəmanı və güləş üzrə tanınmış mütəxəssis Əliyar Əliyevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə birinciliyə start verilib. "Report"un məlumatına görə, açılış mərasimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində keçirilib.

Açılış mərasimində çıxış edən zabit heyəti mərhumun döyüşlərdə göstərdiyi şücaətlərdən, onun həyat və döyüş yolundan danışıblar. Sonra onun ailəsinə Silahlı Qüvvələrə məxsus idman planşeti təqdim edilib.

Silahlı Qüvvələrin bütün hərbi hissə və birləşmələri arasında Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ə.Əliyevə həsr olunmuş birincilikdə 14 komanda mübarizəyə qoşulub. Hərbçilərin birinciliyi oktyabrın 30-dək davam edəcək.

Müdafiə Nazirliyinin fiziki hazırlıq və idman bölməsinin rəisi polkovnik Sadiq Paşayev milli qəhrəman haqda fikirlərini bildirdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və birincilik açıq elan edilib.

Ayın 30-da birinciliyin bağlanış mərasimi keçirilicək. Qaliblərə diplom, medal fəxri fərman və keçici kubok təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi