Milli Olimpiya Komitəsinin yubileyi təntənəli şəkildə qeyd olunacaq

Milli Olimpiya Komitəsinin yubileyi təntənəli şəkildə qeyd olunacaq 2022-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq
Fərdi
2 Dekabr , 2021 16:24
Milli Olimpiya Komitəsinin yubileyi təntənəli şəkildə qeyd olunacaq
Çingiz Hüseynzadə

2022-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq.

"Report" xəbər verir ki, bunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

O, ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncam imzalayacağını söyləyib: "Bundan sonra yubiley tədbirləri təsdiq olunacaq. 30 illiklə bağlı kitabın nəşri də o vaxt dəqiqləşəcək. Yubiley nə vaxta təyin olunsa, kitab da o zaman hazır olacaq".

Qeyd edək ki, MOK 1992-ci ildə yaranıb. Prezident İlham Əliyev 1997-ci ildən quruma rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi