Yuxarı

Milli Olimpiya Komitəsinin rəsmiləri ABŞ-a yollanacaq

Çingiz Hüseynzadə, Azad Rəhimov və Könül Nurullayeva Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 20-ci Baş Assambleyasında iştirak edəcək

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti oktyabrın 26-da ABŞ-ın Vaşinqton şəhərində start götürəcək Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 20-ci Baş Assambleyasında iştirak edəcək. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 6 gün davam edəcək davam edəcək tədbirə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva qatılacaq.

Tədbir çərçivəsində adıçəkilən təşkilatın Gənclər, Beynəlxalq Əlaqələr və Atletlər Komissiyasının iclasının, həmçinin təşkilatın 68-ci İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulub. Baş Assambleyada Qitə assosiyasiyaları olan Avropa Olimpiya Komitəsi, Asiya Olimpiya Konsulluğu, Afrika Milli Olimpiya Komitələrinin Assosiyasiyası, Panamerika İdman Təşkilatı və Okeaniya Milli Olimpiya Komitələrinin məruzə çıxışı həyata keçiriləcək.

Gündəlikdə olan məsələlər sırasında Rio-de-Janeyro, Tokio Yay Olimpiya Oyunları və Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları da var. Yeniyetmələr arasında 2016-cı il Lillehammer Qış və 2018-ci il Buenos-Ayres Yay Olimpiya Oyunları da müzakirə olunacaq.

Qeyd edək ki, Milli Olimpiya Komitələrinin Assosiyasiyasınn 21-ci Baş Assambleyası Rio-de-Janeyroda baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi