İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib

İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib Azərbaycan Milli Olimpiya Komitəsinin hesabat-seçki Baş Məclisi keçirilib Dekabrın 16-da Milli Olimpiya Komitəsinin onlayn formatda VIII hesabat- seçki Baş Məclisi keçirilib. Əvvəlcə MOK-un İcrayyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib.
Fərdi
452
16 Dekabr , 2021 12:35
İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat- seçki Baş Məclisi keçirilib.

MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə İcrayyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcrayyə Komitəsinin üzvü seçiliblər.

İclasda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.

Son xəbərlər

Orphus sistemi