Şəhid və qazi ailələri idmana cəlb olunacaq

Şəhid və qazi ailələri idmana cəlb olunacaq Noyabrın 21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq
Fərdi
17 Noyabr , 2021 17:25
Şəhid və qazi ailələri idmana cəlb olunacaq
0 : 00
0 : 00

Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyası qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə ''Qəhrəman varisləri'' adlı layihə həyata keçirəcək.

MOK-dan "Report"a verilən məlumata görə, layihənin əsas məqsədi idmana həvəsli qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin inkişafına töfhə verməkdir. Belə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Noyabrın 21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq.

Layihədə üzgüçü Fatimə Alkərəmova, cüdoçu Rüstəm Orucov, güləşçi Rəsul Çunayev, boksçu Kamran Şahsuvarlı və taekvondoçu Fəridə Əzizova iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi