Millətlər Kuboku: Rəcəbov Lirenə, komandası Çinə uduzdu - YENİLƏNİB

Millətlər Kuboku: Rəcəbov Lirenə, komandası Çinə uduzdu - YENİLƏNİB Teymur Rəcəbov Onlayn Millətlər Kubokunda növbəti görüşünü keçirib.
Fərdi
7 May , 2020 20:14
Millətlər Kuboku: Rəcəbov Lirenə, komandası Çinə uduzdu - YENİLƏNİB

Teymur Rəcəbov Onlayn Millətlər Kubokunda növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, günün 2-ci qarşılaşmasında çinli Din Lirenlə üz-üzə gələn və ağ fiqurlarla oynayan azərbaycanlı şahmatçı rəqibinə uduzub - 0:1.

T.Rəcəbovun çıxış etdiyi Dünya yığması isə turnirin lideri olan Çin komandası qarşısında aciz qalıb - 0,5:3,5.

33 yaşlı qrossmeyster bugünkü ilk görüşündə Avropa yığmasının lideri Maksim Vaşye-Laqravla sülh bağlayıb.

Dünya yığması sabah ilk görüşünü Çinə, ikinci qarşılaşmasını ABŞ komandasına qarşı keçirəcək.

Millətlər Kuboku

V tur

Dünya yığması - Avropa yığması 1,5:2,5

Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav 0,5:0,5

Alireza Firuzca - Levon Aronyan 0:1

Bassem Amin - Aniş Qiri 1:0

Dinara Saduakasova - Nana Dzaqnidze

VI tur

Dünya yığması - Çin 0,5:3,5

Teymur Rəcəbov - Din Liren - 0:1

Alireza Firuzca - Yi Vey - 0:1

Bassem Amin - Yu Yanyi 0,5:0,5

Mariya Muzıçuk - Ju Venyun 0:1

Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ mayın 9-dək gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.


***18:10

Şahmat üzrə onlayn Millətlər Kubokunda bu gün V tura start verilib.

"Report"un məlumatına görə, Teymur Rəcəbovun yer aldığı dünya yığma günün ilk qarşılaşmasında Avropa komandası ilə qüvvəsini sınayıb və uduzub - 1,5:2,5.

Azərbvaycanlı qrossmeyster artıq öz görüşünü başa vurub. O, Avropa komandasının lideri Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 33 yaşlı şahmatçı fransalı rəqibi ilə sülh bağlayıb - 0,5:0,5.

Rəcəbov turnirdə daha əvvəl keçirdiyi 4 görüşdə 3 heç-heçə edib, 1 dəfə isə uduzub.

Turnir cədvəlinə 7 xalla Çin başçılıq edir. Avropa və ABŞ yığmaları 5 xalla 2-3-cü yerləri bölüşdürürlər. 4 xalı olan Rusiya 4-cüdür. Dünya yığmasının aktivində 2 xalı var və 5-ci pillədə qərarlaşıb. Son sırada isə 1 xalla Hindistan yer alıb.

Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ mayın 9-dək gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.

Millətlər Kuboku

V tur

Dünya yığması - Avropa yığması 1,5:2,5

Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav 0,5:0,5

Alireza Firuzca - Levon Aronyan 0:1

Bassem Amin - Aniş Qiri 1:0

Dinara Saduakasova - Nana Dzaqnidze

Son xəbərlər

Orphus sistemi