Mikayıl Cabbarov “Rio-2016”da medal qazanmış idmançılarla görüşüb

Mikayıl Cabbarov “Rio-2016”da medal qazanmış idmançılarla görüşüb Təhsil naziri idmançılara təşəkkürnamə və hədiyyələr təqdim edib
Fərdi
24 Sentyabr , 2016 14:54
Mikayıl Cabbarov “Rio-2016”da medal qazanmış idmançılarla görüşüb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov nazirlik nəzdindəki idman məktəblərinin yetirmələri, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr göstərmiş idmançılarla görüşüb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, M.Cabbarov Oyunların Azərbaycan olimpiya və paralimpiya yığmaları üçün uğurlu alındığını bildirib. 

Nazir qeyd edib ki, son 13 ildə ölkədə 3 mindən artıq məktəb tikilib və bu məktəblərdə yaradılan idman infrastrukturundan səmərəli istifadə əsas məqsədlərdən biridir.

Görüşdə iştirak edən “Rio-2016 “Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçıları, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının yetirməsi Toğrul Əsgərov, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev, “Rio-2016” Paralimpiya Oyunlarının qızıl mükafatçısı, Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Ramil Qasımov dəvət üçün təşəkkür ediblər və gələcək idman uğurlarına imza atmaq üçün bundan sonra var qüvvə ilə çalışacaqlarını bildiriblər.

Görüşün sonunda təhsil naziri idmançılara təşəkkürnamə və hədiyyələr təqdim edib.

Qeyd edək ki, XXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 1 qızıl, 7 gümüş və 10 bürünc, XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi