Meyvezer Həbib və ya Konorla döyüşməyə hazırdır

Meyvezer Həbib və ya Konorla döyüşməyə hazırdır Amerikalı peşəkar boksçu Floyd Meyvezer yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov və Döyüşçülərin Mütləq Çempionatının iki çəki kateqoriyasında sabiq çempionu irlandiyalı Konor Makqreqorla döyüşə hazır olduğunu bildirib.
Fərdi
1905
3 Oktyabr , 2020 04:21
Meyvezer Həbib və ya Konorla döyüşməyə hazırdır
Floyd Meyvezer

Amerikalı peşəkar boksçu Floyd Meyvezer yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov və Döyüşçülərin Mütləq Çempionatının iki çəki kateqoriyasında sabiq çempionu irlandiyalı Konor Makqreqorla döyüşə hazır olduğunu bildirib.

“Report”un məlumatına görə, bu barədə “BoxingScene” xəbər yayıb.

Qeyd olunub ki, boksçu ən azı 300 milyon ABŞ dolları qarşılığında onlarla döyüşməyə hazırdır, çünki sağlamlığı onun üçün qiymətlidir.

“Döyüşəcəyim şəxs yoxdur. Hələ ki, Makqreqor kimi uşaqlarla. Belə bir döyüş üçün 150 milyon ABŞ dolları? Kifayət deyil. Yox. Səhhətim daha vacibdir. Mənə 300 milyon ABŞ dolları ödəyin, o zaman mənası var. Mənim də vaxtlarım var idi. Ancaq Həbib və ya Konor ilə döyüşməyə hazıram”.

Son xəbərlər

Orphus sistemi