Məşhur yarış zamanı 18 avtomobil toqquşub - VİDEOBakı. 18 fevral. REPORT.AZ/ Monster Energy NASCAR Cup — Daytona 500 seriyalı yarış zamanı 18 avtomobil qəzaya düşüb.
Bakı. 18 fevral. REPORT.AZ/ "Monster Energy NASCAR Cup — Daytona 500" seriyalı yarış zamanı 18 avtomobil qəzaya düşüb.
"Report"un məlumatına görə, maşınlar sıx qrupla hərəkət etdikləri vaxt onlardan 2-si - "Ford" və "Toyota" toqquşub. Bu səbəbdən, trekdə kütləvi qəza yaşanıb. Qəzada, ümumilikdə, 18 pilot iştirak edib. Çoxsaylı toqquşmalarla əlaqədar trasda qığılcım və tüstülənmələr olub.
Sürücülərdən heç biri xəsarət almayıb. Yarış bir müddətlik dayandırılıb və sonra davam etdirilib.