Yuxarı
    Bağlamaq

    Maykl Felps daha bir olimpiadada iştirak qərarı verib

    18 qat olimpiya çempionu gələn ili səbirsizliklə gözləyir

    Bakı. 16 aprel. REPORT.AZ/ ABŞ-ın üzgüçülük üzrə 18 qat olimpiya çempionu Maykl Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış etmək istədiyini açıqlayıb. "Report"un məlumatına görə, 30 yaşlı idmançı gələn ili səbirsizliklə gözlədiyini söyləyib.

    "Düşünmürəm ki, nə üçün böyük idmana qayıtdığımı anlamaq çox çətindir", deyə Felps bildirib. O, istəyini həyata keçirsə, karyerasında 5-ci dəfə olimpiada həyəcanı yaşayacaq.

    Qeyd edək ki, Maykl Felps idman tarixində 18 qat olimpiya çempionu və Oyunlar tarixində mükafat sayında (22) mütləq rekordçu olmağı bacaran yeganə idmançıdır. Felps 2014-cü ilin oktyabrında içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün ABŞ Üzgüçülük Federasiyası tərəfindən yarım illik diskvalifikasiyaya məruz qalıb. Federasiya rəhbərliyi ilə anlaşmasına əsasən, o, üzgüçülük növləri üzrə dünya çempionatından imtina edib. Çempionat 24 iyuldan 16 avqustadək Rusiyanın Kazan şəhərində keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi