Məşhur tennisçinin 400 min dollarlıq əmlakı oğurlanıb

Məşhur tennisçinin 400 min dollarlıq əmlakı oğurlanıb Hüquq-mühafizə orqanları hələlik qarətçilərin kimliyini müəyyənləşdirə bilməyiblər
Fərdi
17 Noyabr , 2017 10:15
Məşhur tennisçinin 400 min dollarlıq əmlakı oğurlanıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Məşhur amerikalı tennisçi Vinus Uilyamsın evi qarət olunub. 

“Report” WPEC-TV-yə istinadən xəbər verir ki, 37 yaşlı idmançının təxminən 400 min dollarlıq əmlakı oğurlanıb.

Hadisənin 1 – 5 sentyabr aralığında baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanları hələlik qarətçilərin kimliyini müəyyənləşdirə bilməyiblər. Tennisçinin evindən nələrin oğurlandığı açıqlanmır.

Qeyd edək ki, V.Uilyams 4 qat olimpiya çempionu və Uimbldon turnirinin beşqat qalibidir.

Son xəbərlər

Orphus sistemi